Bu, ABŞ-ın savaşda birbaşa iştirakı deməkdir
05.10.2022
ABŞ Müdafiə Nazirliyinin Ukraynanın Krımdakı hədəflərə qarşı HİMARS reaktiv raket sistemlərindən istifadə etməsinə razılıq verməsi ilə bağlı bəyanatları Vaşinqtonun münaqişədə iştirakını sübut edir.
"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.
"Həm birbaşa, həm də dolayısı ilə bu cür bəyanatlar ABŞ-ın son dərəcə təhlükəli vəziyyət yaradan bu münaqişədə birbaşa iştirakının yeni sübutudur”, - Peskov qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrildiyini bildirmişdi.