Türkiyədə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
11.10.2018
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.
Trend-in məlumatına görə, insident prokurorluq binasında baş verib.Azı 6 nəfərin zəhərləndiyi ehtimal olunur.İlkin məlumatlara əsasən, zəhərlənmənin səbəbi qaz sızması olub.Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Binada insanların təxliyəsi aparılır.