Rus zabitləri bu şəhərdən çıxıblar
05.10.2022
Rus zabitləri Nikolayev vilayətinin Sniqiryovka şəhərini tərk ediblər.
"DM" xəbər verir ki, bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
"Bunu hər gün gözləyirdik. Qeyri-rəsmi məlumatlara görə, zabit heyəti Sniqiryovkanı tərk ediblər. Amma qoşunlar hələ də şəhərdə qalır”, - Kim bildirib.
Qeyd edək ki, mühüm dəmiryol qovşağı olan Sniqiryovka şəhəri mart ayında işğal olunub.