Qazaxıstan Türkmənistanla Xəzər dənizində sərhəd haqqında sazişi ratifikasiya edib
05.10.2022
Oktyabrın 5-də Qazaxıstan Məclisi (Parlamentin Aşağı Palatası) Qazaxıstan-Türkmənistan dövlət sərhədinin delimitasiyası və Xəzər dənizində balıqçılıq zonalarının bitişik hissələrinin delimitasiyası haqqında Türkmənistanla sazişi ratifikasiya edib.
İki ölkə arasında saziş 2021-ci ilin oktyabrında Aşqabadda imzalanıb.
Qeyd edək ki, bu saziş tarixdə sahilyanı dövlətlər arasında Xəzər dənizində dövlət sərhədlərini hüquqi cəhətdən müəyyən edən ilk sənəd olacaq.
Sənəd Məclis tərəfindən təsdiqləndikdən sonra baxılması üçün Qazaxıstan Respublikası Senatına (Parlamentin Yuxarı Palatası) təqdim olunacaq.
Mənbə: TASS