Puşilin: Planımız var, Liman geri alınacaq
04.10.2022
Limandan geri çəkildikdən sonra cəbhədə vəziyyət sabitləşib və şəhəri azad etməyi planlaşdırırıq.
"DM" xəbər verir ki, bunu qondarma "dxr”in rəhbəri Denis Puşilin deyib.
"Cəbhə xətti hazırda sabitdir. Rəqib sözsüz ki, hücuma cəhd edir. Hazırda cəbhə xətti Limandan şimal-şərqdə yerləşən Kremennoy şəhərindən keçir, amma Ukrayna ordusunun irəli, Luqansk ərazisinə irəliləmək şansı yoxdur”, - Puşilin bildirib.