Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb
04.10.2022
Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, Daşkəsən rayonunun Buğdadağ adlanan ərazidə oktyabrın 1-2-də erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd "Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Həmin partlayıcı vasitələrin Vətən müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.