Şoyqu: “Rusiyada qismən səfərbərliyə 200 mindən çox insan cəlb olunub”
04.10.2022
Artıq qismən səfərbərlik çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinə 200 mindən çox insan cəlb olunub.
"DM"-nın məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, səfərbərliyə cəlb edilmiş vətəndaşların təlimi 80 poliqonda və 6 təlim mərkəzində aparılır.