Türkiyə səfiri Hikmət Hacıyevlə görüşüb
04.10.2022
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə türkiyəli diplomat "Twitter” hesabından xəbər verib:
"Prezident köməkçisi Hikmət Hacıyevlə görüşdük. Qarabağ Zəfərinin xatirəsinə Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin zərbxanasında zərb edilən gümüş pulu hədiyyə etdim.
Türkiyə haqlı mübarizəsində sona qədər qardaş Azərbaycanın yanındadır”.