Azərbaycana qeyri-adi qurğu gətirildi - FOTOLAR
11.10.2018
Türkiyənin Van bölgəsində dolunun qarşısını almaq üçün qeyri-adi cihaz hazırlanıb.
"Dövran Media" Türkiyə KİV-ə istinadla xəbər verir ki, "Dolusavar” adı verilən cihaz İş Təkmilləşdirmə Mərkəzi (İŞGEM) tərəfindən istehsal edilib.
Cihaz Van Yüzüncü İl Universitetində uğurla testdən keçirilib.
Bununla bağlı açıqlama verən mərkəzin idarə heyətinin sədri Mahmut Gedik deyib ki, qurğu min hektarlıq ərazidə və 12 kilometr hündürlükdə suyun kristallaşmasının qarşısını alır.
O əlavə edib ki, cihazın ilk ixrac edildiyi ölkə Azərbaycan olub.