Səfərbərlikdən sonra Qazaxıstana gedən Rusiya vətəndaşlarının sayı açıqlanıb
04.10.2022
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunandan sonra Qazaxıstana gedən Rusiya vətəndaşlarının sayı açıqlanıb.
"DM" xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan daxili işlə naziri Marat Axmetjanov bildirib.
Onun sözlərinə görə, sentyabrın 21-dən ölkəyə 200 minə yaxın Rusiya vətəndaşı daxil olub və bu müddət ərzində 147 min nəfər Qazaxıstandan çıxıb.