Qazaxıstanda silah mağazasında partlayış baş verib
04.10.2022
Qazaxıstanın Kostanay şəhərində silah mağazasında barıtın düzgün idarə olunmaması partlayışa səbəb olub.
"DM" xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
"Silah mağazasında partlayış oktyabrın 3-də baş verib. Hadisə nəticəsində xəsarət alan 11 nəfərdən 4-ü ölüb. Onların hər biri mağaza işçiləri olub. Partlayış nəticəsində yaxınlıqdakı ticarət obyektləri və yaşayış binalarına da ziyan dəyib”, - məlumatda deyilir.