Azərbaycan nefti yenidən bahalaşıb
04.10.2022
Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
"DM"-nın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,66 ABŞ dolları və ya 1,81% artaraq 93,34 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.