21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ senatoru: “Rusiya Polşada hava limanlarına hücum edə bilər”

03.10.2022

"Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Prezident Vladimir Putin bəzi obyektlərə hücum əmri verə bilər.

Bunlar Ukraynaya hərbi yardımın paylandığı məntəqələr ola bilər. Hətta Polşadakı hava limanları da bu təhlükə altındadır”.

Bu barədə ABŞ Kəşfiyyat Komitəsindən amerikalı senator Marko Rubio açıqlama verib.

"Əgər o (Vladimir Putin - red.) qərar versə ki, NATO, Avropa və ABŞ Ukraynanı silahlandırmaqla təkcə Rusiyanın müharibəni uduzmasına səbəb olmayacaq, həm də onun hakimiyyət üzərindəki idarəetməsini sarsıdacaq... O zaman Ukraynaya bu silah təchizatının paylandığı bəzi məntəqələrə zərbə vurmaq qərarına gələ bilər ki, bu sıraya Polşa da daxildir”, - deyə Rubio fikirlərinə şərh verib.

Senatorun sözlərinə görə, NATO ölkələri ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı indi onu nüvə zərbəsi ehtimalından daha çox narahat edir.

Bununla belə Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gəlmə ehtimalını təsəvvür belə edə bilmir.

O əlavə edib ki, indi Rusiya ordusunun qarşısında iki seçim var: artıq ələ keçirilən ərazini saxlamağa çalışmaq ki, bu da illərlə davam edə bilər, ya da geri çəkilmək.

Mənbə: UNİAN