İranda polis etirazçı gənclərə birbaşa atəş açıb
30.09.2022
İranın Məşhəd şəhərindən etirazçılarla polis arasında qarşıdurmanı əks etdirən yeni video paylaşılıb.
Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Görüntülərdə İranın repressiv polisinin etirazçı gənclərə birbaşa atəş açması əks olunub. Ətrafdakılar "Atəş açma” deyərək buna etirazlarını bildirirlər.