Rusiya humanitar karvanı vurub: 23 ölü, 66 yaralı
30.09.2022
Rusiya ordusu bu gün səhər saatlarında Zaporojyedən çıxmağa çalışan humanitar karvana raket zərbələri endirib.
"DM" xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.
"İnsanlar müvəqqəti işğal olunmuş əraziyə getmək, yaxınlarını götürmək, yardım gətirmək üçün növbəyə dayanmışdılar”, - Starux bildirib.
İlkin məlumatlara görə, raket zərbələri nəticəsində 23 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.
***
Zaporojyedə humanitar karvanın vurulması nəticəsində yaralıların sayı 66-ya çatıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.