21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qafarova: “Ermənistan işğaldan azad edilmiş ərazilərdə görülən işlərə kölgə salmağa çalışır”

30.09.2022

"Azərbaycan Ordusunun gördüyü tədbirlərlə Ermənistanın Kəlbəcər, Laçın və Daşkəsən istiqamətindəki təxribatlarının qarşısı qətiyyətlə alınıb”. 

Bunu Milli Məclisin 2022-ci il payız sessiyasının ilk plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib. 

O bildirib ki, Ermənistan sülh danışıqlarını pozur və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə görülən quruculuq işlərinə kölgə salmağa çalışır. 

Sentyabrın 12-14-ü tarixlərində Ermənistan sərhəd zonasının Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində genişmiqyaslı təxribat törədib. 

Sahibə Qafarova həmin döyüşlər zamanı Azərbaycanın şəhid olmuş hərbçilərinin, eləcə də, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. 

Milli Məclisdə şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.