Treysi Azərbaycanla sərhədə gəlib
29.09.2022
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycanla sərhədə yollanıb.
"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində məlumat yayıb.
Səfirliyin məlumatında qeyd olunub ki, amerikalı diplomat Zəngəzur vilayətinin qubernatoru ilə görüşüb.
Səfir qubernatorla bu ayın ortalarında baş verən gərginliyi müzakirə edib.