Beyin Mərkəzlərinin I Forumunun nümayəndələri Şuşada olublar
29.09.2022
Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun çərçivəsində iştirak edən xarici nümayəndələr Şuşa şəhərinə səfər ediblər.
"DM"-nın xəbərinə görə, qonaqlara Şuşadakı abidələr və qədimi tikililər barədə məlumatlar verilib.
Bildirilib ki, şəhərdə 200-ə yaxın abidə var və hər biri bərpa olunur. Şəhər erməni işğalında olan zaman abidələrin və tarixi tikililərin böyük əksəriyyətinin vandalizmə məruz qalması qonaqların diqqətinə çatdırılıb.
Daha sonra qonaqlar Şuşa qalasına gediblər. Qonaqlara qalanın tarixi əhəmiyyəti barədə məlumat verilib. Üstəlik bu abidənin də işğal ərəfəsində vandalizmə məruz qaldığı da qeyd olunub.
Daha sonra qonaqlar Cıdır düzündə olublar.