Kreml: Putin Lukaşenko ilə Abxaziya və Cənubi Osetiyanın tanınmasını müzakirə etməyib
29.09.2022
Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə Belarusun Abxaziya və Cənubi Osetiyanı tanımasını müzakirə etməyib.
"DM"-nın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Moskva Belarusun Krımın Rusiyanın tərkib hissəsi kimi tanıması ilə bağlı sərbəst və vaxtında qərar qəbul etməsini gözləyir.
Kremlin sözçüsü Putin və Lukaşenkonun Soçidə keçirilən görüş zamanı Belarusun Krımın Rusiya ərazisi kimi tanımasını müzakirə etmədiyini söyləyib.