Sabah Kremldə Ukrayna torpaqlarının Rusiyaya qatılması ilə bağlı sənədlər imzalanacaq
29.09.2022
"Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair rəsmi sənədlər imzalanacaq”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, imzalanma prosesindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı olacaq.
Mənbə: TASS