Separatçı lider Moskvaya gedib
29.09.2022
Luqansk separatçılarının rəhbəri Leonid Paseçnik "lxr”in Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı hüquqi proseduru başa çatdırmaq üçün artıq Moskvaya gedib.
"DM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paseçnikin paytaxta səfəri ilə bağlı başqa təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, "referendum”un nəticələrindən sonra əlavə hansı prosedurların nəzərdə tutulduğu barədə də məlumat yoxdur.