Səbuhinin qardaşına şəhid ailəsi statusu verilib - Foto
29.09.2022
Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov "Şəhid ailəsi" statusunu alıb.
"DM" xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
"Haqqı olan hər şeyi də zamanla alacaq. Dövlətimiz Sənan üçün hər şeyin ən yaxşısını edəcək. Buna 100% əminəm”, - o bildirib.