Çavuşoğlu: “Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözləyirlər”
29.09.2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Denizlidə mətbuat konfransında Azərbaycan qazı ilə bağlı danışıb.
Mətbuat konfransı nazirin "Twitter” hesabından canlı yayımlanıb.
M.Çavuşoğlu qeyd edib ki, hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir.
"Qazın dünya dövlətlərinə çatdırılması məsələsində hamının gözü, qulağı Türkiyədədir. Məsuliyyətimiz böyükdür”, - deyə o bildirib.
Çavuşoğlu taxıl böhranı məsələsinə də toxunub:
"Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə "taxıl böhranı” razılaşmasını həll etdik və dünyanı ərzaq böhranından xilas etdik”.