21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AMEA-nın strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanılıb

29.09.2022

Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanılıb. AMEA Rəyasət Heyətinin strukturunun yenidən təşkili ilə bağlı əməkdaşlarla xəbərdarlıq müqaviləsi imzalanıb.

AMEA-dan  bildirilib ki, iki, dörd, altı həftəni əhatə edən bu xəbərdarlıq müddətləri bitdikdən sonra ştat vahidləri ləğv olunacaq.

AMEA-nın strukturu yenidən təşkil olunacaq. Hazırda yeni strukturun layihəsi və yeni Nizamnamə barədə təklif Nazirlər Kabinetinə təqdim edilib. Nizamnamənin təsdiqindən və Ümumi yığıncaqda qəbul edilməsindən sonra əməkdaşların bir hissəsi yenidən işə bərpa olunacaq.