“Startrek”in ulduzu VƏFAT ETDİ
10.10.2018
Amerikalı aktrisa Selesta Yarnall Kaliforniya ştatının Uestleyk Villic şəhərində vəfat edib.
"Dövran Media" xəbər verir ki, bununla bağlı "Deadline” məlumat yayıb.
74 yaşlı aktrisa ölümündən əvvəl xərçəngdən əziyyət çəkib və 2014-cü ildə bunu pərəstişkarlarına açıqlayıb.
Yarnall 1968-ci ildə Elvis Presli ilə "Bir az həyat, bir az sevgi” filmində rol alıb. O, bu roluna görə ABŞ Teatr Sahibləri Milli Assosiasiyası üzrə "Ən perspektivli ulduz” titulunu alıb.
Bundan başqa, aktrisa "Startrek” filminin ikinci mövsümündə rol alıb.