Rusiya Krım tatarlarını ön cəbhəyə göndərir
29.09.2022
Rusiya ilk növbədə Krım tatarlarını səfərbər edərək onları ən şiddətli döyüş əməliyyatlarının getdiyi bölgələrə göndərir.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargah məlumat yayıb.
"Sentyabrın 27-də Sevastopoldan Xerson vilayətinə Krımdan səfərbər edilmiş iki min nəfərin göndərildiyi məlumdur. Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisindəki hərbi komissarlara Krım tatarlarının Rusiya qüvvələrinin sıralarına çağırılmasının prioritetləşdirilməsi, onların ən gərgin ərazilərdə tapşırıqları yerinə yetirən döyüş hissələrinə təyin edilməsi əmri verilib. Bu il sentyabrın 26-da təkcə Saki bölgəsində Rusiya Krım tatarlarından 21 nəfəri səfərbər edib”, - məlumatda deyilib.