Rıbar TK: Ordumuz erməni komandiri məhv edib
29.09.2022
Ötən gün Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ordumuzun əsgərinin yaralanmasına cavab atəşi nəticəsində məhv edilən 3 erməni hərbçidən biri zabitdir.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın "Rıbar” hərbi Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun 28 sentyabr Kəlbəcər rayonu istiqamətində Ermənistan ordusunun təxribatını uğurla dəf etdiyi zaman məhv edilən 3 erməni hərbçisindən biri həmin istiqamətdə dislokasiya olunmuş erməni batalyonunun komandiri imiş.
"Rıbar”ın bu məlumatını Ermənistanlı siyasi fəal Mika Badalyan da öz səhifəsində bölüşüb.
Qeyd edək ki, Ermənistan MN 3 hərbçisinin məhv edildiyini açıqlasa da, onların adını və rütbəsini elan etməyib.