Pentaqon: Rusiya tarixində iki dəfə səfərbər olub
29.09.2022
Rusiya bütün tarixində cəmi iki dəfə səfərbərlik elan edib. Rusların indiki səfərbərliyi ukraynalıların onlara döyüş meydanında yaratdığı problemlərdən xəbər verir.
"DM" xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.
"Ruslar bundan əvvəl iki dəfə - 1914 və 1941-ci illərdə səfərbər olublar. Onların indiki nəticələrini düşünsəniz, Birinci və İkinci Dünya müharibələri ilə müqayisə etsəniz, ukraynalıların Rusiya ordusuna hansı problemləri yaratdığını görərsiniz”, - ABŞ rəsmisi bildirib.
O qeyd edib ki, ruslar 300 min nəfərin səfərbərlik elanına müsbət reaksiya verməyib:
"Rusiya tarixində ilk dəfə deyil ki, məqsədinə çatmaq üçün mülki şəxsləri döyüşə cəlb edir. Bu qədər mülki vətəndaşı səfərbərliyə cəlb edən Rusiya bir çox problemlərlə üzləşə bilər - xüsusilə, internetdə yeni səfərbər olunanların cəmi bir günlük təlimdən sonra cəbhəyə göndərildiyi barədə məlumatlar fonunda. Mən sadəcə olaraq Silahlı Qüvvələrimizdə hazırlığın səviyyəsi barədə düşünürəm və başa düşürəm ki, bu, tamamilə qeyri-adekvatdır”.