Hulusi Kılıç bu quruma həmsədr seçilib
28.09.2022
Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçilib.
"DM" xəbər verir ki, bu barədə keçmiş səfir "Haber Qlobal”a açıqlamasında bildirib.
"Bu önəmli birliyi yaradan və əməyi keçən, məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçən dəyərli qardaş və bacılarıma təşəkkür edirəm. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Millətimizə xidmət etmək şərəfdir. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam. Bundan sonra Türk Ağsaqqalları Birliyinə daha çox vaxt ayıracam”, - Kılıç bildirib.
Qeyd edək ki, Türk Ağsaqqallar Birliyi yarandığı ilk aylarda Təşkilat Komitəsində Hulusi bəylə bağlı məsələ gündəmə çıxarılıb, Tanınmış diplomat Türk dünyası və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu vəzifəyə layiq görülüb.