Britaniyada unikal nazirlik yaradıldı
10.10.2018
Britaniyada unikal nazirlik yaradıldı
Böyük Britaniyanın baş naziri Tereza Mey psixoloji sağlamlıq məsələləri üzrə ilk dəfə Londonda keçirilən sammit çərçivəsində Ceyk Doyl-Praysı intiharların qarşısını alan nazir təyin edib.
"Dövran Media" bununla bağlı "Life”a istinadla məlumat yayıb.
Qeyd edilib ki, intiharların sayının azalmasına baxmayaraq, hər il 4500 britaniyalı könüllü şəkildə həyatla vidalaşır. Bununla əlaqədar Mey ümid etdiyini bildirib ki, Doyl-Praysın bu vəzifəyə təyini intiharların azalmasına səbəb olacaq.
Bundan başqa, Mey böhran vəziyyətdə köməklik göstərən "Samarityane” könüllü təşkilatına 1,8 milyon funt sterlinq ayırıb.