21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Peskov: ABŞ Türkiyəyə təzyiq göstərir, vəziyyət ağırdır

28.09.2022

Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır.

"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Aydındır ki, banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır, Türkiyə bank sistemi ikinci dərəcəli sanksiyalarla hədələnir. Türk banklarının "Mir” kartlarına xidmət göstərməyi dayandırması qərarı, təbii ki, təzyiq altında qəbul edilib”, - o bildirib.

O bildirib ki, bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır:

"Ən azı, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa xələl gəlməsin və hər il Türkiyəyə gələn milyonlarla rusiyalı turist bundan məhrum olmasın”.

Qeyd edək ki, Türkiyənin nir neçə bankı Rusiyanın "Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib.