Ərdoğan Zelenskiyə bu təklifi verib
28.09.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb. O, ZAES ətrafında silahsız zonanın yaradılmasına vasitəçilik etməyi təklif edib.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında uzun müddətdir üzərində çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib.
"Oxşar yanaşma Zaporojye AES kontekstində nümayiş etdirilə bilər və stansiyanın ətrafında silahsızlaşdırılmış zonanın yaradılması üçün zəruri vasitəçilik və yardım təklifi qüvvədədir”, - Ərdoğan söyləyib.