Metroda silsilə soyğunçuluq edən şəxs tutulub
28.09.2022
Bakı Metropolitenində silsilə soyğunçuluq əməlləri törədən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.