KİV: SEPAH komandiri etirazçılar tərəfindən güllələnib
28.09.2022
İranda SEPAH komandiri Mohsen Dalvənd bir qrup etirazçı tərəfindən güllələnərək öldürülüb.
"Azad İran” "Telegram” kanalının məlumatına görə, bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.
Bildirilir ki, polkovnik Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərindəki hərbi birləşmənin kəşfiyyat bölməsinin rəisi olub.
Kanalın bir neçə saat öncə əldə etdiyi məlumata görə, onun dörd mühafizəçisinə də atəş açılıb. Yaralılar ağır vəziyyətdə Urmiya şəhər xəstəxanasına yerləşdiriliblər.