03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hulusi Akar Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

28.09.2022

"Tarix yunanıstanlı siyasətçilərin uydurmalarını yox, onların əllərinin körpələrin qanına batdığını yazacaq”.

"DM” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.

O, Yunanıstana xəbərdarlıq edib: "Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Egeyi məzarlığa çevirən Yunanıstana beynəlxalq qurumlar sanksiya tətbiq etməlidir. Beynəlxalq ictimaiyyət Yunanıstanın bu addımlarına "dayan” deməlidir”.

Nazir qarşı tərəfi danışıqlar masasına dəvət edib: "Yunanıstan Türkiyəni təhdid olaraq yox, təhlükəsiz və effektiv müttəfiq, qonşu kimi görməlidir. Bu, həm özünün, həm regionun, həm də NATO-nun xeyrinə olar. Yunan xalqı da əmin olmalıdır ki, Türkiyə Yunanıstanla sülhə istiqamətlənmiş gələcəyin tərəfdarıdır. Üçüncü tərəflərdən də gözləntimiz məsələyə beynəlxalq hüquqa və məntiqə uyğun, tərəfsiz və obyektiv yanaşmalarıdır”.

H.Akar vurğulayıb ki, Türkiyə Şimali Kipr də daxil olmaqla Egey və Aralıq dənizinin şərqində hüquq və mənfəətlərini qorumaqda qərarlı və buna qadirdir.