Latın Amerikası ölkəsi bütünlüklə işıqsız qalıb– VİDEO
28.09.2022
"İen” qasırğası Kubada ölkəboyu elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb olub.
"DM" məlumatına görə, bu barədə yerli "Union Electrica” şirkəti "Twitter” səhifəsində məlumat yayıb.
"Milli energetika sistemi müstəsna vəziyyətdədir: elektrik enerjisi istehsalı sıfır səviyyəsindədir (ölkədə enerji təchizatı tamamilə dayanıb)”, - deyə hesabatda bildirilir.
Şirkət əlavə edib ki, təbii fəlakət adanın infrastrukturuna ziyan vurub. Bununla belə, ölkənin enerji sisteminin tədricən bərpa olunacağı vurğulanıb.