21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putinin bu sözünə görə ABŞ kəşfiyyatı səfərbər olub

28.09.2022

ABŞ və müttəfiqlərinin kəşfiyyat agentlikləri Vladimir Putinin Ukraynada nüvə silahından istifadəyə dair göstəriş əlamətlərini müəyyən etmək üçün səylərini artırır.

"DM" xəbər verir ki, bu barədə "Politiko” beş hazırkı və keçmiş amerikalı məmura istinadən məlumat yayıb.

"Əksər Rusiya təyyarələri adi raket və raket buraxılış sistemləri ilə birlikdə, daha kiçik taktiki nüvə silahlarını da hədəfə çatdıra bilər. Bu silahlar qitələrarası ballistik raketlər kimi strateji silahlardan daha çox döyüş meydanında məqsədyönlü istifadə üçün nəzərdə tutulub. Bu o deməkdir ki, Putin və ya onun komandirləri dünyanın vaxtından əvvəl xəbər tutmasını istəmədikcə, ABŞ Rusiya qoşunlarının adi döyüş sursatlarını atom bombaları ilə nə vaxt əvəzləyəcəyini heç vaxt bilməyəcək”, - məlumatda deyili.

Moskvanın nüvə qüvvələri və strategiyası ilə bağlı kəşfiyyat məlumatlarına çıxışı olan ABŞ rəsmisi isə bildirib ki, Vaşinqton Rusiyanı daha yaxından izləyir:

"Ukraynadan kənarda diqqət mərkəzində olan digər bir sahə - Kremlin ikili təyinatlı silah sistemləri və hipersəs raketləri quraşdırdığı Polşa və Litva arasında sıxışan Kalininqrad anklavıdır. Uçuş izləmə saytları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə RC-135 "Rivet Joint” elektron müşahidə təyyarəsinin məlumat toplaq üçün Kalininqrad ətrafında dövrə vurduğunu bildirir. Son bir neçə il ərzində Rusiya Kalininqraddakı raket bazalarını təkmilləşdirərək, bölgədə potensial nüvə yığılması ilə bağlı narahatlıqları artırıb”.