ABŞ Kiyev üçün 1 milyardlıq silah sifariş edib
28.09.2022
ABŞ Prezident Administrasiyası sentyabrın 28-də Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım edəcəyini rəsmi olaraq açıqlayacaq.
"DM" xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumatına görə, vəsait Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsü çərçivəsində veriləcək. Onlar Kiyevə amerikalı müdafiə podratçılarından silah və hərbi texnika almağa imkan verəcək.