Fransa Ermənistan-Azərbaycan sərhədinə nümayəndə heyəti göndərəcək
28.09.2022
Fransa Ermənistan və Azərbaycanın sərhədindəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə nümayəndə heyəti göndərəcək.
Bu barədə özünün "Twitter”ində Fransanın müdafiə naziri Sebastyan Lekornyu yazıb.
O əlavə edib ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanla aralarında baş tutmuş görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.
S.Lekornyu mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulayıb.