Ərdoğan bu gün TŞ-ni toplayacaq
28.09.2022
Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasında Türkiyə ordusunun Suriyanın şimalında mümkün əməliyyatını, Yunanıstanın Egey adalarına silah göndərməsini müzakirə edəcək.
"DM" xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
"İclasda Yunanıstanın qeyri-hərbi adaları silahlandırması əsas gündəm olacaq. Terrorla mübarizə də mühüm mövzulardan biridir. Daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın mövzu ilə bağlı təqdimatları gözlənilir. Görüşdə Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatı da müzakirə olunacaq mövzular arasındadır”, - məlumatda deyilir.