Ruslar həkimləri məcburi səfərbərliyə cəlb edirlər
27.09.2022
Luqansk vilayətində ruslar həkimlərin məcburi səfərbərliyinə başlayıblar.
"DM" xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
"Qismən səfərbərliyə hələlik yalnız cərrahlar, travmatoloqlar, anestezioloqlar, feldşerlər və tibb bacıları götürülür. Bu cür mütəxəssisləri çağırarkən, döyüş təcrübəsi nəzərə alınır. Artıq bütün hərbi komissarlıqlarda tibb fakültələrini bitirmiş və qondarma "lxr" ərazisində olanların siyahıları var. 60 yaşa qədər cərrahlar, anestezioloqlar və travmatoloqlar, 55 yaşa qədər tibb bacıları, feldşerlər çağırılacaq”,- o bildirib.