21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ceyhun Bayramov: “Ermənistan normallaşma prosesinə xələl gətirir”

27.09.2022

Azərbaycan Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Vətən müharibəsi iştirakçısı, Şəhid ailələri və diplomatiya könüllüləri iştirak ediblər.

Bu barədə XİN məlumat yayıb.

Tədbir XİN-in 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatının səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş video çarx nümayiş olunub.

Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 2 il bundan öncə 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cavab tədbirlərinə əl atdığını və bu əməliyyatın 44 gün davam edən Vətən müharibəsinin başlanğıcının qoyduğunu qeyd edib.

Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun həm beynəlxalq hüququ, həm də tarixi ədaləti təmin etdiyi bildirilib.

Hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma işlərinin bu ərazilərdən onilliklər öncə zorla didərgin salınmış məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə evlərinə geri dönməsinə xidmət etdiyini söyləyən nazir Ceyhun Bayramov, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtdığını diqqətə çatdırıb.

Post-münaqişə mərhələsində Azərbaycan tərəfindən iki dövlət arasında normallaşma prosesi istiqamətində bir sıra səylər göstərilsə də, Ermənistan tərəfinin buna qarşılıq vermədiyi, bu ölkənin mütəmadi təxribatlara əl atdığı bildirilib.

Bu xüsusda, Ermənistanın sonuncu 12-14 sentyabr tarixli təxribatının normallaşma prosesinə, bölgədə sülhün təmin olunması səylərinə xələl gətirdiyi vurğulanıb.

Ceyhun Bayramov tədbirdə iştirak edən şəhidlərimizin övladlarına üzünü tutaraq, bütün Azərbaycanın onların ataları ilə, bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edib.

Anım tədbirində Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, Raket və Artilleriya Qoşunlarının qərargah rəisi, polkovnik Gülməmməd Rzayev çıxış edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Şanlı Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışan Gülməmməd Rzayev, bundan sonra da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid yaranarsa, Azərbaycan Ordusunun bu təhdidlərin qarşısının alınması, Vətənimizin müdafiəsi üçün qətiyyətli tədbirlər görəcəyini söyləyib.

Tədbirdən sonra saat 12:00-da XİN-in rəhbər heyəti şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.