Binəli Yıldırım Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
27.09.2022
Türkiyə Cümhuriyyətinin sabiq baş naziri Binəli Yıldırım Azərbaycana başsağlığı verib.
B.Yıldırım bununla bağlı öz "Twitter”ində paylaşım edib.
"Qarabağı azadlığa aparan Vətən müharibəsinin başladığı günün ildönümüdür. Can Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi rəhmətlə anıram”, - Binəli Yıldırım yazıb.