Rusiya Şimali Osetiyada fövqəladə vəziyyət tətbiq edə bilər
27.09.2022
Gürcüstanla sərhəddə yerləşən Şimali Osetiyada fövqəladə vəziyyət tətbiq oluna bilər.
"DM" xəbər verir ki, bunu respublika rəhbəri Sergey Menyailo deyib.
"Səbəb sərhəddə insanların çoxluğudur. Hazırda rəhbərlik vəziyyəti qiymətləndirir, ehtiyacı olanların hamısına tibbi yardım göstəriləcək. Sərhədə yaxın ərazidə müvəqqəti yerləşdirmə mərkəzləri də açıla bilər, çünki növbədə qadınlar və uşaqlar var”, - Menyailo bildirib.