Bu ölkə Kadırova sanksiya tətbiq edib
27.09.2022
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar Yeni Zelandiya 19 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
"DM" xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta məlumat verib.
"Ukrayna açıq şəkildə bildirir ki, bu münaqişədə onlara ən mühüm köməyimiz sanksiyaları davam etdirməklə ola bilər", - nazir bildirib.
Sanksiya siyahısında Çeçenistan lideri Ramzan Kadırovun da adı var.