Məğrur və qürurlu şəhid anası. Onun igid oğlu Elçin Həsənli 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb, zəfər günü Şuşada şəhidlik zirvəsinə ucalıb.
Xatirə İsmayılova artıq bütün vətənin övladı olan Elçindən fəxarətlə söz açır.
Şəhid anası "Torpaq, uğrunda ölən varsa, vətəndir” deyir. Elçin kimi yüzlərlə, minlərlə qəhrəman övladı yetişdirən isə həm vətəndir, həm də ana.
Bu gün şəhid anaları başıdik, alnıaçıq və qürurludurlar. "Biz cənnət üçün çiçək yetirən analarıq”, - deyən Xatirə İsmayılova kimi.