Polad Həşimovun anası: “Onlar bizim qəhrəmanlarımızdır”
27.09.2022
"Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır”.
"DM" xəbər verir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimov deyib.
O bildirib ki, artıq iki il keçir, amma bizim üçün yaramız hələ də təzədir:
"Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz biz nələr çəkirik. Allah şəhidlərimizə rəhmət eləsin. Mən başqa bir söz deyə bilmərəm”.