ANCA: ABŞ İrəvana silah satışı məsələsini müzakirə edir
27.09.2022
Amerika siyasətçiləri ilk dəfə olaraq Ermənistana silah satmaq imkanını nəzərdən keçirirlər.
"DM" xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) öz Feysbuk səhifəsində məlumat yayıb.
"1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər Konqresdəki hər iki partiyanın daimi təzyiqi altında ABŞ silahlarını satmağı düşünürlər”, - məlumatda qeyd olunub.