21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İordaniya Suriya ilə sərhədi aça bilər

09.10.2018

İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi bildirib ki, tərəflər bütün detallar və zəruri prosedurlarla bağlı razılığa gəldikdən sonra İordaniya-Suriya sərhədi açıla bilər.
İordaniyanın xarici siyasət idarəsinin rəhbəri Əmmanda keçirdiyi mətbuat konfransında bildirib ki, onun ölkəsi Suriya böhranının siyasi həllinə nail olmaq üçün böyük səylər göstərir. Nazir əlavə edib ki, sərhədin açılması Suriyada sabitliyi və təhlükəsizliyi təmin etməyə kömək edəcək.
Ayman əl-Səfədi vurğulayıb ki, böhranın siyasi yolla həllindən sonra İordaniya suriyalı qaçqınları öz evlərinə qayıtmağa məcbur etməyəcək, lakin onların könüllü qayıdışını dəstəkləyəcək. Onun sözlərinə görə, Haşimilər Krallığı bu günədək 1 milyon 300 min suriyalı qaçqına sığınacaq verib.