Çavuşoğlu daşımalarda Azərbaycanın olduğu dəhlizin əhəmiyyətindən danışıb
26.09.2022
Daşımalarda Şimal dəhlizinin əvəzinə "Orta dəhliz”in əhəmiyyəti artıb.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
"Bu marşrutda Orta Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə var. Ümid edirəm ki, bu layihələr həyata keçər.
Ermənistanla Azərbaycan arasındakı razılaşmalardan danışıram. Bu prosesə Ermənistan da daxil olur. Mərkəzi Asiya ölkələrinin yerləşdiyi marşrut əhəmiyyət qazanmağa başlayıb”, - deyə Çavuşoğlu qeyd edib.
Mənbə: Anadolu